Dövlətin satışa çıxardığı maşınlar rekord qiymətə SATILDI

Dövlətin satışa çıxardığı maşınlar rekord qiymətə SATILDI

Hazırda oxunan: Dövlətin satışa çıxardığı maşınlar rekord qiymətə SATILDI

620113

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi hərracda 9 nəqliyyat vasitəsi satılıb.

Bizim.Media bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, rəqabətli keçən hərracda start qiyməti 5 850 manat olan "Hyundai Tucson" markalı avtomobil 9 995 manata, 4 500 manat olan "Nissan Sunny" markalı avtomobil isə 6 635 manata özəlləşdirilib.

Hərracda satılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Növbəti hərraclar 23 və 30 iyunda olacaq. Hərraclara 77 nəqliyyat vasitəsi və avadanlıq çıxarılacaq. Nəqliyyat vasitələrinin istehsal tarixləri 1992-2013-cü illəri əhatə edir.Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az""www.auksion.gov.az" saytlarından seçim edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO