Bakıda ərinə balta ilə xəsarət yetirən qadının cəzası azaldıldı

Bakıda ərinə balta ilə xəsarət yetirən qadının cəzası azaldıldı

Hazırda oxunan: Bakıda ərinə balta ilə xəsarət yetirən qadının cəzası azaldıldı
238002
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda ərini öldürməyə cəhddə təqsirləndirilən Lalə İmaşovanın barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, təqsirləndirilən şəxsin cəzası 7 ildən 4 ilə endirilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Lalə İmaşova 9 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin cəzası 9 ildən 7 ilə endirib.

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

İttihama görə, Lalə İmaşova əri Ceyhun İmaşovla mübahisə edib. Daha sonra qadın baltanın kəsici hissəsi ilə ərinin başına zərbə vurub. Nəticədə Ceyhun İmaşov ağır xəsarətlər alıb. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO