“Abzas Media”nın əməkdaşı Nərgiz Absalamovanın həbs müddəti UZADILDI

“Abzas Media”nın əməkdaşı Nərgiz Absalamovanın həbs müddəti UZADILDI

Hazırda oxunan: “Abzas Media”nın əməkdaşı Nərgiz Absalamovanın həbs müddəti UZADILDI
194009
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Abzas Media” saytının əməkdaşı Nərgiz Absalamova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu gün Xətai Rayon məhkəməsində hakim Aynur Abdullayevanın sədrliyi ilə təqdimata baxılıb.

Məhkəmə N.Absalamovanın barəsində həbs qətimkan tədbirinin müddətinin 22 gün uzadılmasına qərar verib.

Qeyd edək ki, ötən il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də isə saytının əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı, yanvarın 13-də saytının əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO