Kürdəmirdə bayram COŞQUSU – VİDEO 

Kürdəmirdə bayram COŞQUSU – VİDEO 

Hazırda oxunan: Kürdəmirdə bayram COŞQUSU – VİDEO 

186514

Bu gün ölkəmizdə 11 ayın sultanı müqəddəs Ramazan bayramı qeyd olunur.

Bununla bağlı ölkənin hər yerində olduğu kimi Kürdəmirdə də bayram namazı qılınıb, dualar oxunub. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, səhər saatlarından başlayaraq  inanclı insanlar öz fitrə zəkatlarını verdikdən sonra dəstə - dəstə məscidlərə üz tutaraq bayram namazını qılmaq üçün məscidlərə axın ediblər.

Rayonun İmam Rza məscidində təşkil olunan bayram namazında 100-lərlə rayon camaatı iştirak edib. Namazdan sonra rayonun  axundu Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi Hacı Füzuli Cəfərov xütbə oxuyaraq şəhidlərimizin ruhuna dualar, qazilərimizə acil səfalar diləyib, xalqımızı bu müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.
Özündə birliyi, vəhdəti, imanı etiva edən müqəddəs Ramazan bayramı insanların çöhrəsində xoş ovqat yaradıb. Namzadan sonra hər bir inanclı insan bir-birlərini təbrik edərək xalqımıza, millətimizə, dövlətimizə birlik və əminamanlıq arzulayıblar.
 







Bizim.Media, Aran bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO