Bakıda saxlanılan fransalı casusun həbs müddəti UZADILDI 

Bakıda saxlanılan fransalı casusun həbs müddəti UZADILDI 

Hazırda oxunan: Bakıda saxlanılan fransalı casusun həbs müddəti UZADILDI 
185828
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda casusluqda ittiham olunan Fransa vətəndaşı Martin Ryanın barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin vəsatətinə baxılıb. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilib və Martin Ryanın barəsində həbs müddəti daha 4 ay uzadılıb. 

Qeyd edək ki, Martin Ryan ötən il dekabrın 4-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Bakıda saxlanıb. 

Cinayət işi üzrə aparılan araşdırmalar nəticəsində Fransa Səfirliyinin iki əməkdaşı diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunaraq ölkəni tərk edib. İş üzrə Fransa kəşfiyyatının geniş casus şəbəkəsi, o cümlədən mötəbər beynəlxalq təşkilatlara nüfuz etdirilmiş nümayəndələri ifşa olunub. 

Fransa xüsusi xidmət orqanlarına qarşı qalmaqalı böyüyən işlə bağlı bir neçə gün əvvəl “France Presse” agentliyinə açıqlama verən Martin Ryanın atası Riçard Ryan baş verənlərdə Fransa Kəşfiyyatını günahlandırıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO