Yaralı halda yoldaşlarını xilas edən aprel ŞƏHİDİMİZ – Mahir Quliyevin QƏHRƏMANLIQ HEKAYƏSİ – VİDEO 

Yaralı halda yoldaşlarını xilas edən aprel ŞƏHİDİMİZ – Mahir Quliyevin QƏHRƏMANLIQ HEKAYƏSİ – VİDEO 

Hazırda oxunan: Yaralı halda yoldaşlarını xilas edən aprel ŞƏHİDİMİZ – Mahir Quliyevin QƏHRƏMANLIQ HEKAYƏSİ – VİDEO 

185317

Xəbər verdiyimiz kimi, 2016-cı ildə baş vermis aprel döyüşlərindən 8 il ötür. Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında Qarabağda gedən dördgünlük müharibə  atəşkəs dövründə baş vermiş ən şiddətli döyüşlərdən hesab olunur.

Bizim.Media xəbər verir ki, sabah aprel şəhidi Mahir Quliyevin şəhadətə ucalmasının ildönümüdür.

Əslən Şərur rayonunun Qorçulu kəndindən olan Mahir Quliyev 1993-cü ilin dekabr 21-də Bakı şəhərində anadan olub. O, 2011–ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olub.

Elektronika telekomunikasiya və radiotexnika mühəndisliyi ixtisası üzrə təhsil alıb. 2015-ilin iyulun 15-də Hərbi xidmətə yollanıb.

Aprelin 2-də gedən döyüşlərdə bir dəfə ayağından yaralansa da döyüşməyə davam edib. Düşmənin bir tankını və xeyli sayda canlı qüvvəsini məhv edən Mahir, iki yaralı əsgər yoldaşını xilas edə bilsə də, özü qəhrəmancasına şəhid olub.

Cəsədi neytral zonada qalan qəhrəmanımız düşmən tərəfi meyitləri qaytardıqdan sonra aprelin 9-da Bakı şəhərində, III Fəxri Xiyabanda dəfn olunub.

Şəhidin atası qeyd edib ki, Mahir Quliyev könüllü olaraq cəbhə bölgəsinə yollanıb. Anası Leyla Quliyeva bildirib ki, Vətən torpaqlarının müdafiəsi üçün qəhrəman bitirdiyi universitetdən diplomunun təhvil verilməsini belə gözləmədən, hərbi xidmətə yola düşüb.
Mahir Quliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Şəhidin həyat və döyüş yolu ilə bağlı hazırlanmış sənədli filmi təqdim edirik:
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO