Azərbaycanda vəzifəli şəxslərə qarşı sui-qəsd planı hazırlanıbmış – FOTO/VİDEO

Azərbaycanda vəzifəli şəxslərə qarşı sui-qəsd planı hazırlanıbmış – FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycanda vəzifəli şəxslərə qarşı sui-qəsd planı hazırlanıbmış – FOTO/VİDEO
136202
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə Azərbaycanda vəzifəli şəxslərin həyatına sui-qəsd planı hazırlayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun yaydığı birgə məlumatda deyilir.
 

MÖVZU İLƏ BAĞLI:

İranın tapşırığı ilə "Kərimə" dövləti yaratmaq istəyən daha bir qrup müəyyən olundu - FOTO/VİDEO


Həmin planın bir hissəsi kimi Rufulla Axundzadə “whatsapp”, “telegram” və digər ani mesajlaşma sistemlərində məxfi qruplar yaradıb.

Bundan başqa ata və oğlu vəzifəli şəxslərin və ictimai xadimlərin siyahısını, onların anket məlumatları, yaşayış və iş yerlərinin ünvanlarını qrup üzvlərinə təqdim edib. 

Qeyd edək ki, əməliyyat zamanı “Qısas 313” adlı qrupun 7 nəfər üzvü Elgün Ağayev, Ruslan Əliyev, Yusif Mirzəyev, Elvin Cəfərov, Savalan Hüseynli, Bilal Sücəddinli, Məhərrəməli Musayev, eləcə də qrupun digər üzvləri saxlanılaraq istintaqa təqdim ediliblər.
Rufulla Axundzadə adları sadalanan şəxsləri təlimatlandıraraq onları təsir dairəsində saxlamaq məqsədi ilə davamlı virtual görüşlər keçirib. 



Azərbaycanda vəzifəli şəxslərə qarşı sui-qəsd planı hazırlanıbmış – FOTO/VİDEO - foto 1
Azərbaycanda vəzifəli şəxslərə qarşı sui-qəsd planı hazırlanıbmış – FOTO/VİDEO - foto 2

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO