Rəşad Dağlının həbs müddəti uzadıldı

Rəşad Dağlının həbs müddəti uzadıldı

Hazırda oxunan: Rəşad Dağlının həbs müddəti uzadıldı
123772
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tanışını qətlə yetitməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində seçilmiş həbs-qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb. 

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində keçirilən iclasda müstəntiq çıxış edərək təqsirləndirilən şəxsin həbsinin davamını gərəktirən dəlilləri elan edib. 

Hakim Günay Həşimova istintaq orqanının təqdimatını əsaslı hesab edib. Qərara əsasən, Rəşad Dağlı barəsində seçilmiş həbs qətimkan tədbiri müddəti 2 ay uzadılıb. 

Qeyd edək ki, Rəşad Dağlı tanışı -1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bir neçə bıçaq zərbəsi ilə qətlə yetirməkdə ittiham olunur. 

Hadisə 4 ay əvvəl Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. 

Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçilib. Meyxanaçı ilkin ifadəsində hadisəni təhqirə görə törətdiyini deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO