"Tərtər işi" ilə bağlı ittiham olunan generalın həbs müddəti UZADILDI

Hazırda oxunan: "Tərtər işi" ilə bağlı ittiham olunan generalın həbs müddəti UZADILDI
112091
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Tərtər işi" ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş general-mayor Bəkir Orucov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətə baxılıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda vəsatət təmin edilib.

Qərara əsasən, Bəkir Orucov barəsində seçilən həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Bundan başqa, eyni iş üzrə həbs edilmiş Rahib Məmmədov və Ramil Əhmədovun həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatət verilib.

Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Sözügedən qərarlardan sonra aparılın istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş 10 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Hazırda onlar barəsində ibtdida istintaq davam edir.

Bu ilin sentyabr ayında isə iş üzrə daha üç nəfər - Bəkir Orucov, Rahib Məmmədov və Ramil Əhmədov həbs olunub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham olunurlar.

Bəkir Orucov həbsə qədər Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO