Məhkəmə Biləsuvarın sabiq icra başçısı ilə bağlı QƏRAR VERDI

Məhkəmə Biləsuvarın sabiq icra başçısı ilə bağlı QƏRAR VERDI

Hazırda oxunan: Məhkəmə Biləsuvarın sabiq icra başçısı ilə bağlı QƏRAR VERDI
111189
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Biləsuvarın sabiq icra başçısı Mahir Quliyevlə bağlı hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı başa çatıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində baxılan iş üzrə qərar elan olunub.

Hakim Rafiq Cəfərovun sədrlik etdiyi məhkəmə heyəti Mahir Quliyevin vəkili tərəfindən verilmiş şikayəti təmin etməyib.
Xatırladaq ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Mahir Quliyevin Bakıda fərqli ünvanlarda yerləşən 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO