İranın Azərbaycandakı səfiri israilli həmkarını ölümlə təhdid etdi - FOTO

İranın Azərbaycandakı səfiri israilli həmkarını ölümlə təhdid etdi - FOTO

Hazırda oxunan: İranın Azərbaycandakı səfiri israilli həmkarını ölümlə təhdid etdi - FOTO
84694
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, İsrailin Azərbaycandakı səfiri Corc Dik “Bu yaxınlarda oxumağa başladığım bu möhtəşəm “Təbrizin sehrli nağılları” kitabından Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm” yazmaqla Tvitter səhifəsində paylaşım edib. 

Bizim.Media xəbər verir ki, İranın Azərbaycandakı səfiri Abbas Musəvi onun tvitinə cavab verib.

“Bu macəraçı oğlan üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək.

Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!”, - deyə A.Musəvi qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

İsrail səfirinin Təbriz PAYLAŞIMI - FOTO


Xatırladaq ki, bu, İsrail və İran səfirlikləri arasında baş verən birinci insident deyil. Bu il fevralın 17-də İran səfirliyi səhvən İsrail səfiri Corc Dikin tvitini bəyənib. İsrailli diplomat isə İran səfirliyinə məsxərə ilə təşəkkürünü bildirib.

Bizim.Media

İranın Azərbaycandakı səfiri israilli həmkarını ölümlə təhdid etdi - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO