
- A-
- A
- A+
Əhməd Şahidov prezidentlə nədən danışdı?
İyunun 20-də Slovakiyanın paytaxtı Bratislava şəhərində öz işini davam etdirən “Globsec 2015”x9d Təhlükəsizlik Forumunda iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov Estoniya prezidenti ilə həmsöhbət olub.
Moderator.az bildirir ki, bu barədə axar.az-a məlumat verən Ə.Şahidov deyib ki, rəsmi nahar ziyafəti zamanı Estoniya Prezidenti Toomas Hendrik İlvesə Estoniyaya son səfəri və rəhbərlik etdiyi təşkilat barədə məlumat verib, həmçinin orucluqla bağlı danışıb. Müsəlman aləminin Ramazan ayının 3-cü gününü qeyd etdiyini Estoniya prezidentinin diqqətinə çatdıran Əhməd Şahidov Ramazanın fəzilətindən bəhs edib, özünün də bu dini qaydalara ciddi əməl etdiyini diqqətə çatdırıb.
İslam dinini yüksək qiymətləndirən Estoniya Prezidenti Toomas Hendrik İlves dünya müsəlmanlarını bu bayram münasibətilə tədrik edib.
Xatırladaq ki, tədbirdə regionu narahat edən problemlərdən və çıxış yollarından danışıblar. Əsasən Şərqi Avropada cərəyan edən proseslər, Ukrayna böhranı və Rusiyanın xarici siyasəti müzakirə olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































