UEFA-nın vitse-prezidenti Qvardiolanı tənqid etdi

UEFA-nın vitse-prezidenti Qvardiolanı tənqid etdi

Hazırda oxunan: UEFA-nın vitse-prezidenti Qvardiolanı tənqid etdi
647762
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA-nın vitse-prezidenti Zbiqnev Bonek “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın oyun fəlsəfəsini tənqid edib. 

Bizim.Media xəbər verir ki, Bonek bu barədə “Corriere dello Sport”a müsahibəsində danışıb.

O, ispaniyalı mütəxəssisin futbola yanaşmasını bəyənmədiyini bildirib:

“Qvardiolaya böyük hörmətim var, amma o, futbola zərər vurub. Onun oyun fəlsəfəsi “sən mənə ötür, mən sənə qaytarım” prinsipinə əsaslanır. Sağ cinaha gedirik, sonra sola qayıdırıq və matçın sonunda 1788 ötürmə edirik. Bu, mənim xoşuma gəlmir. Mən şaquli futbol oynayan, irəli getməyə və qol vurmağa çalışan komandaları sevirəm”.

Bonek İtaliya futbolundan “Latsio” və “Frozinone”ni nümunə göstərərək onların daha çox irəli oynamağa və risk etməyə üstünlük verdiyini vurğulayıb:

"Ən az ötürmə ilə, mümkün qədər sadə şəkildə qol vurmağa çalışan komandaların oyununu bəyənirəm. Ötürmələr az, amma sürətli olmalıdır. Müasir futbolda ləngliyə yer yoxdur. Yavaş futbolçuların artıq şansı qalmayıb. Geriyə ötürmələr isə komandaya zərər verir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO