Tiktokda canlı yayımda söyüş söyənlər həbs olundu

Tiktokda canlı yayımda söyüş söyənlər həbs olundu

Hazırda oxunan: Tiktokda canlı yayımda söyüş söyənlər həbs olundu
647768
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sosial şəbəkədə qeyri-etik ifadələr səsləndirən daha 2 nəfər məsuliyyətə cəlb olunub.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, 35 yaşlı Mahir Rüstəmov (ad və soyad şərtidir) “Tiktok” sosial şəbəkəsində özünə məxsus “legenda767” hesabında canlı yayım açıb.

Bu zaman o və kafedə yanında olan 43 yaşlı Şükür İbadov (şərti adla) nalayiq ifadələr işlədərək, ictimai mənəviyyatı təhqir edən əməllərə yol veriblər.

Nəticədə onlar polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokollar tərtib olunub.

M.Rüstəmov ifadəsində hadisə zamanı sərxoş olduğunu deyib. O bildirib ki, həmin gün kafedə dostu ilə yemək yeyib və 200-300 qram araq içib. Bu zaman kafeyə gələn digər tanışı ilə aralarında mübahisə yaranıb. Nəticədə o, canlı yayım davam etdiyi halda nalayiq ifadələr işlədib.

Bu zaman Şükür də ona qoşulara söyüşlərə davam edib. Hər ikisi əməlindən peşman olduğunu deyərək barələrində yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə onlar on gün müddətinə inzibati qaydada həbs olunublar.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO