Rusiyalı idmançı Dağıstanda güllələnərək öldürüldü

Rusiyalı idmançı Dağıstanda güllələnərək öldürüldü

Hazırda oxunan: Rusiyalı idmançı Dağıstanda güllələnərək öldürüldü
647746
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyalı sambo və cüdoçu, Rusiya çempionatının mükafatçısı Vatsilov Davudov Dağıstanın Mahaçqala şəhərində güllələnərək öldürülüb.

Bizim.Media xəbər verir ki, 31 yaşlı idmançı “Mərakeş” banket zalında keçirilən tədbirdə iştirak edərkən hücuma məruz qalıb.

Dağıstan İstintaq Komitəsinin məlumatına görə, hərəkətdə olan qara rəngli avtomobildən idmançıya atəş açılıb. Güllə Davudovun başına dəyib.

Yaralı idmançı xəstəxanaya aparılsa da, yolda həyatını itirib.

Hadisəni törədən şəxslərin axtarışı ilə əlaqədar şəhərdə “Tutma” planı elan edilib. Hücum edənlərin axtarışı davam edir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO