COP31-də innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olundu - Foto

COP31-də innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olundu - Foto

Hazırda oxunan: COP31-də innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olundu - Foto
647761
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə “İqlim dayanıqlılığının təmin edilməsi üçün ədalətli və inklüziv texnologiyaların inkişafı” mövzusunda panel müzakirələri keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan pavilyonunda təşkil olunan tədbirin moderatoru

ICESCO-nun İnnovasiya və yaradıcılıq, elm və ətraf mühit sektorunun rəhbəri İsaam Krimi olub.

Müzakirələrdə ICESCO-nun Elm və Ətraf Mühit sektorunun rəhbəri Kuanyş Yegaliyev, COP31 Məşvərət Şurasının üzvü, COP22-nin yüksəksəviyyəli iqlim çempionu, Mərakeş Krallığının sabiq ətraf mühit naziri Hakima El Haite, Pakistanın Baş nazirinin iqlim dəyişikliyi və ətraf mühit məsələləri üzrə koordinatoru Romina Khurshid Alam, Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev, IDEA İctimai Birliyinin Xəzər tədqiqatları üzrə eksperti Elnur Səfərov, Aralıq dənizi İttifaqının iqlim siyasəti üzrə eksperti Hatim Azenaque və ICESCO-nun eksperti Vissam Chehade çıxış ediblər.

Panel zamanı iqlim dəyişmələrinin yaratdığı çağırışların həllində innovativ texnologiyaların tətbiqi, su ehtiyatlarının səmərəli idarə olunması və təbii fəlakətlərə qarşı dayanıqlılığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

İqlim texnologiyalarına bərabər çıxış imkanlarının təmin edilməsinin, xüsusilə inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

COP31-də innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olundu - Foto - foto 1
COP31-də innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olundu - Foto - foto 2
COP31-də innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olundu - Foto - foto 3
COP31-də innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olundu - Foto - foto 4
COP31-də innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olundu - Foto - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO