
- A-
- A
- A+
Sevginin sağlamlığa təsirinin elmi isbatı - Sevdiyiniz insanın yanında orqanizm daha yaxşı işləyirmiş
Sevdiyiniz insanın yanında olmaq orqanizmin qan şəkərinin səviyyəsini, bədən temperaturunu və stress reaksiyasını daha yaxşı tənzimləməsinə kömək edə bilər.
Bizim.Media xəbər verir ki, “Science Advances” jurnalında dərc olunan araşdırmada alimlər sevgi münasibətlərinin insan sağlamlığına fizioloji təsirlərini öyrəniblər.
Tədqiqat çərçivəsində iştirakçılara ağ çörək yedizdirilib, onlar soyuq otaqda saxlanılıb və zəif elektrik impulslarına məruz qoyulublar. Təcrübələr əvvəlcə təkbaşına, daha sonra isə sevdikləri insanın yanında təkrarlanıb.
Nəticələr göstərib ki, partnyorun yanında olduqda qanda şəkərin yüksəlməsinə orqanizmin reaksiyası orta hesabla 14,5 faiz daha zəif olub.
Həmçinin insanlar soyuq mühitdə bədən istiliyini daha az itirib və stresə daha sakit reaksiya veriblər. Bununla belə, alimlər araşdırmanın sevginin uzunmüddətli sağlamlıq faydalarını hələ sübut etmədiyini vurğulayıblar.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































