
- A-
- A
- A+
İlham Əliyevə COP31-də maraqlı sual verildi: “Dünya prezidenti olsaydınız...” - Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti çərçivəsində türkiyəli jurnalistin sualını cavablandırıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı jurnalist Hamit İhtiyar özünün sosial şəbəkə hesabında paylaşım edib.
H. İhtiyar dövlətimizin başçısına “Əgər dünyanın prezidenti olsaydınız iqlim dəyişikliyi ilə bağlı hansı addımları atardınız?” deyə sual ünvanlayıb.
Ölkə başçısı isə cavabında hər bir ölkə liderinin iqlim dəyişikliyi probleminə məsuliyyətlə yanaşmalı olduğunu bildirib:
“İqlim dəyişikliyi ilə bağlı hər bir liderə öz ölkəsində məsuliyyətli davranmağı, bu problemə ciddi yanaşmağı və planetimizin qorunması üçün əlindən gələni etməyi tövsiyə edərdim”.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































