Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - Video

Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - Video

Hazırda oxunan: Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - Video
647757
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Maştağa qəsəbəsinin sakini Cəlal Axundov 7 aydır iki illiyə kreditlə aldığı maşının ondan xəbərsiz satışa çıxarıldığını iddia edir.

Bizim.Media xəbər verir ki, Cəlal Axundov deyir ki, sürdüyü maşının satışı haqda məlumatı tanımadığı şəxslərdən alıb. 

Onun sözlərinə görə, maşın üçün 2 min manat ilkin ödəniş edib, hər ay da 375 manat ödəyir.

Dediyinə görə, özündən xəbərsiz avtomobili satışa çıxarlıb, hətta bir neçə nəfərdən beh də alınıb. Saxta elan sahibinə beh ödəyən şəxslərdən biri də Sirac Qayıbovdur.

Elanda qoyulan telefon nömrəsi ilə elə çəkiliş vaxtı əlaqə yaratmağa çalışdıq. Lakin həmin nömrəyə zəng çatmadı.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşı Elbrus İbrahimov "Xəzər Xəbər"ə bildirdi ki, qeyd edilən məsələ nəzarətə götürülüb, araşdırma aparılır.

O bir daha tövsiyə edib ki, elan saytları üzərindən alqı-satqı edən vətəndaşlar ehtiyatlı olsunlar.

Zərərə məruz qalmamaq üçün internet resurslarındakı əmin olmadıqları elanlara və şübhəli linklərə daxil olmasınlar, tanımadıqları və ya etibar etmədikləri şəxslərə onlayn qaydada ödəniş etməsinlər, bank kartı və şəxsi məlumatlarını heç kimlə bölüşməsinlər.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO