
- A-
- A
- A+
Siyasət
15:44 / 11.06.2015
6 dəq oxunma
“Azərbaycanı təmsil edən diplomatlarımızın üzərinə sual işarəsi qoya bilmərik”x9d -Deputat
Hazırda oxunan: “Azərbaycanı təmsil edən diplomatlarımızın üzərinə sual işarəsi qoya bilmərik”x9d -Deputat
81148
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Zahid Oruc: “Arif Məmmədov hətta gələcəkdə ciddi siyasi rəqibə çevrilmək istəyirsə də, onun şəxsi keyfiyyətlərini aşağılamaq düşüncəsində deyilik”x9d
“Onu da qeyd edim ki, Arif Məmmədov hadisəsindən sonra 19 mayda Binəqədidəki binanın yanmasını bilavasitə terror hadisəsi kimi tövsif edirəm.”x9d
Moderator.az bildirir ki, bu sözləri millət vəkili Zahid Oruc pia.az-a verdiyi açıqlamada söyləyib.
Qeyd edək ki, İslam Konfransı Təşkilatının Avropa İttifaqı yanındakı nümayəndə heyətinin rəhbəri Arif Məmmədovun sosial şəbəkədə qalmaqallı statusundan sonra Xarici İşlər Nazirliyində geniş istefaların ola biləcəyi barədə ehtimallar irəli sürülür. Hətta mətbautda Avropadakı səfirlərin geri çağrılması ilə bağlı fikirlər səsləndirilir. Yəni dolayısı ilə ad çəkilməsə də, Azərbaycanın Avropadakı səfirləri dövlətə xəyanətdə suçlanır.
Millət vəkili hesab edir ki, Arif Məmmədov hadisəsi Azərbaycanın içərisində diplomatlarla münasibətlərimizin ortasından “Berlin divarı”x9d çəkməli deyil:
“Arif Məmmədov hadisəsinin kütləvi bir hadisə kimi təqdim olunmasını yalnış sayıram. Hesab edirəm ki, bir şəxsin avantrüst planları və yaxud da onun üzərindən həyata keçirilən ssenarilər bütövlükdə Azərbaycanın xarici siyasət kursunda yer alan diplomatlarımızın üzərinə sual işarəsi qoymağa, onların hamısının qeyri-milli layihələrə qoşulduğunu iddia etməyə əsas verməməlidir. Parlamet üzvü kimi ötən dövr ərzində müxtəlif ölkələrə səfərlərə getmişik və orada Azərbaycanın da adı keçən həm ayrı müzakirələrdə, dinləmələrdə, diskusiyalarda iştirak etmişik. Həmçinin beynəlxalaq proseslərə dair özümüzün baxışlarımızı təqdim etmək imkanlarımız olub. O zaman biz səfirlərimizin fəal bir şəkildə bu tədbirlərə qatıldığını görmüşük.
Eləcə də, Avropadakı səfirliklərimizin işçi korpusu çox aktivliklə Avropa məkanında fəaliyyətini təşkil edən ən mühüm addımlarla bu prosesə tövhə verməyə çalışıblar və ölkəmizi uğurla təmsil ediblər. Ona görə də, Arif Məmmədov hadisəsi Azərbaycanın içərisində diplomatlarla münasibətlərimizin ortasından “Berlin divarı”x9d çəkməli deyil.
Məsələnin ikinci tərəfi həmin şəxsi bilavasitə tanıyan insan kimi, tam əminliklə deyə bilərəm ki, söhbət heç bir halda hansısa yanğın hadisəsinə qəlbin fəryadından və şəxsi mövqeyini diplomat səviyəsindən, kursundan yuxarı qaldırmaqdan getmir. Adamın heç bir halda təqdim olunan virtual qəhrəmanlıqla uzlaşan bir halı, bir mənəvi durumu yoxdur. Biz əlbəttə heç bir halda, hətta o gələcəkdə ciddi rəqibə çevrilmək istəyirsə də, onun şəxsi keyfiyyətlərini aşağılamaq düşüncəsində deyilik. Çünki dərhal sual meydana çıxardı ki, nədən bu insan ötən dövr ərzində səfir adı altında ölkəni təmsil etmək səlahiyyəti qazanmışdır?
Burada bizim əsas yönəldiyimiz nöqtə ondan ibarətdir ki, Arif Məmmədov Azərbaycan əleyhinə planların tərkib hissəsinə çevrilib və buna əlbəttə bizim hər birimiz təəssüflənirik. “Zorən diplomat”x9da çevrilən şəxs sonrakı dövrdə milləti əleyhinə bir prosesdə yer alırsa, dərhal himayə qazanırsa onun bu çür işləri müxtəlif dairələr tərəfindən stimullaşdırılırsa, o düşünməlidir ki, bu oyunun və mübarizənin sonunda qalibiyyət yoxdur.
Nədən dünənə qədər Norveç və başqa səfirliklər və yaxud da Brüseldən bütün prosesləri idarə edən ayrı-ayrı şəxslər Arif Məmmədovun Azərbaycanın əleyhinə çalışdığı dövrdə o bəyanatlara, Qarabağla bağlı diskusiyalara eyni sicaqlığı və səmimiyyəti göstərmirdilər?
Bax bu suala cavab vəziyyəti tamamilə aydınlaşdırmağa imkan verir. Ona görə də hesab edirəm ki, öz ölkəsinin deyil, başqa maraqların səfirinə çevriləndə, (yeri gəlmişkən İslam Əməkdaşlıq Təşkilatındakı hazırkı ranqı sözü gedən şəxsin bilavasitə səfir misiyası ilə eynilik təşkil etmir) şəxsin aqibəti də uğurlu olmayacaqdır.
Zahid Oruc: Arif Məmmədova bu qarantiyalar verilmədiyi təqdirdə, sadəcə şəxsi seçiminə və daxili durumuna görə o çür bəyanatlara qadir deyil”x9d.
Ona görə də, Azərbaycanın bu məsələyə görə özünün xarici siyasət kursunun dəyişəcəyi, yaxud da burada yer alan insanların hər bir üzərinə kölgə salmaq və onları qaralamaq, beləliklə də diplomatları hər hansı bir şəkildə ehtimatsızlıq müstəvisinə qoymaq çox yalnış olardı. Əksinə, məhz dediyimiz qüvələrin bəlkə də istəklərindən biri də budur. Qeyd edim ki, müxtəlif ölkələrin həyatında belə, hadisələr geniş şəkildə özünü göstərib. Yəni zamanında bu texnologiylardan İraqa qarşı, Suriya ilə bağlı, xüsusilə də Sovetlər İttifaqı mövcud olduğu zamanlarda geniş şəkildə istifadə ediblər. O zaman, “soyuq müharibə”x9d dövründə diplomatları ovlamaq, onları müxtəlif casus layihələrinin içərisinə qatmaq çox dəbdə idi. Elə SSRİ-nin özü də, bunu ABŞ-a qarşı istifadə edirdi və müxləlif diplomatları ələ keçirdib, uzun müddət onlardan mühüm bir məxfi informasiya mənbəyi kimi istifadə edirdi. Sonrakı dövrdə də, kartlar açılırdı və həmin şəxs də bilavasitə işlədiyi ölkənin himayəsini qazanırdı. Arif Məmmədova bu qarantiyalar verilmədiyi təqdirdə, sadəcə şəxsi seçiminə və daxili durumuna görə o çür bəyanatlara qadir deyil.
Hər dəfə, “Azərbaycan xalqım”x9d, deyə müraciətindən insanlar düşünür ki, görəsən 30-40 adamın müdafiə etdiyi bu statuslar sanki 1-5 milyon insana mitinqlərdə müraciət zamanı seçilən leksiyonla niyə eyniyyət təşkil etsin?
Əlbəttə heç kəsin fəaliyyətinə qarşı çıxılmır. Mark Zuckerberg o məkanı hamıya icarə haqqı almadan verib və istənilən epitetlərdən yararlanmaq da hamını fərdi işidir. Bununla bərabər vəziyyəti təyin etmək üçün ən adi arqumentlərə baş vuranda biz çox yaxşı bilir ki, vəziyyətin diaqnozu necədir. Ona görə də buraya əlavə indiqatorlar lazım deyil. Məsələ artıq açıq hal alıbdır. Təəssüf olsun ki, Qərb dairələrinin Azərbaycana həm də, elə son Riqa sammiti üzərindən vurmaq istədiyi zərbələr bu minvalla açıldı.
Zahid Oruc: “Mark Zuckerberg o məkanı hamıya icarə haqqı almadan verib və istənilən epitetlərdən yararlanmaq da hamını fərdi işidir”x9d.
Onu da qeyd edim ki, Arif Məmmədov hadisəsindən sonra 19 may Binəqədidəki binanın yanmasını bilavasitə terror hadisəsi kimi tövsif edirəm. Buna artıq şübhə yeri qalmır. Çünki hadisələr bir-biri ilə elə zəncir kimi bağlanır ki, burada kənar əlləri və qüvvələri görmək o qədər də çətin deyil. Mən o mövqedə dayanırdım ki, cəmiyyətə terror və buna bənzər təxribat fikirlərinin qabardılması xeyirli deyil. Çünki Azərbaycan sabitlik adası kimi dünyada tanınmaq istəyir. Əksinə burada insanların həyatına bir qəsbkarlıq varsa, bu bizim gətirmək istədiyimiz investisiyaya, turizm axınlarına və digər layihələrə zərbə vurmaq demək olardı. Ancaq qeyd etdiyimiz hadisəni başqa adla da, demək mümkün deyil”x9d.
Xatırladaq ki, A. Məmmədov “facebook”x9d sosial şəbəkəsindəki səhifəsində yazdığı statusunda Binəqədi rayonunda binada baş verən yanğını nəzərdə tutaraq baş verən hadisəyə görə məmurların ünvanına kəskin ittihamlar qeyd edib: “Bu faciə hər bir azərbaycanlının kədəri və faciəsidir. Allah xalqımıza səbri qalıbsa, səbr versin. Heç bir xalq bu qədər haqsızlığa və biabırçılığa dözməz. Xalqın zülmündən milyonlar əldə edən məmurlar çox səbrli xalqımızın qəzəbindən qorxmurlarsa, Allahın qəzəbindən qorxsunlar”x9d status paylaşıb. Başqa bir statusunda isə “3 gün Azərbaycanda qaldım, mən qocaldım”x9d.
A.Məmmədovun bu fikirləri siyasi qalmaqala səbəb olub. Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı araşdırmaya başlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən





































































































