Emin Əmrullayevin keçmiş vəzifəsinə təyinat oldu

Emin Əmrullayevin keçmiş vəzifəsinə təyinat oldu

Hazırda oxunan: Emin Əmrullayevin keçmiş vəzifəsinə təyinat oldu
7659
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bizim.Media-ya  daxil olan məlumata görə, gənc ictimai fəal Rüfət Əzizov Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Nazir müavinin vəzifədən azad edilməsi təsdiqlənmədi - ÖZƏL


Xatırladaq ki, Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev 2016-cı ildən 2020-ci ilə - yəni nazir vəzifəsinə təyin edilənə qədər bu nazirliyin tabeliyində olan Təhsil İnstitutunun direktoru vəzifəsində çalışıb.

O, Təhsil naziri təyin olunduqdan sonra bu vəzifə boş qalmışdı.

Rüfət Əzizov Lomonosov adına MDU-nun, o cümlədən Oxford Universiteti, ADA, Maastrich, Cornell, George Washington Universitetlərinin müxtəlif proqramlarının məzunudur.

Bp, Unimetal, Prometal şirkətləri, o cümlədən Lomonosov adına Moskva Dövlət Universiteti və Bakı Ali Neft Məktəbində iş təcrübəsi var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO