Namus üstündə həbsxanaya düşən qadını nişanlısı öldürdü

Namus üstündə həbsxanaya düşən qadını nişanlısı öldürdü

Hazırda oxunan: Namus üstündə həbsxanaya düşən qadını nişanlısı öldürdü
76068
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Həbsxanadan çıxandan sonra.

Türkiyədə namus üstündə həbsxanaya düşən nişanlı qız elə nişanlısı tərəfindən qətlə yetirilib. 

Moderator.az -ın ANS PRESS-ə istinadən məlumatına görə, Antalyada ona seksual təcavüz edən keçmiş iş yoldaşını öldürən Yasemin Sönmez həbsxanadan çıxdıqdan sonra nişanlandığı şəxs tərəfindən öldürülüb.

35 yaşlı Hakan Şengül 32 yaşlı Yaseminə 12 bıçaq zərbəsi endirib. Hakan Şengül nişanlısının onun kişiliyini təhqir etdiyi üçün cinayətə əl atdığını deyib.

Ailəli və bir uşaq anası olan Yasemin Sönmez ona təcavüz edən keçmiş iş yoldaşını 17 dəfə bıçaqlayaraq qətlə yetirmişdi. 7 il 4 ay həbsxanada cəza çəkdikdən sonra azadlığa buraxılır. Həbsxanadan çıxdıqdan sonra ərindən boşanan qadın, otellərin birində baş ofisiant çalışan Hakan Şengül ilə tanış olur. Onunla eyni oteldə çalışmağa başlayır və ötən ilin noyabr ayında nişanlanırlar. 

14 noyabrda onların arasında mübahisə düşür. Mübahisə zəminində Hakan Şengül nişanlısını 12 yerindən bıçaqlayaraq öldürür. Cəsədini isə dava etdikləri meşədə ataraq qaçır. Cinayətdən 2 saat sonra polis mərkəzinə gələrək təslim olur.

Məhkəmə qarşısına çıxarılan Hakan Şengül qadının onu təhqir etdiyi üçün öldürdüyünü söyləyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO