
- A-
- A
- A+
Rusiya Müdafiə Nazirliyi Qarabağla bağlı səhvinə düzəliş etdi - FOTOFAKT
Bu gün Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Azərbaycanın Dağlıq Qarabağ ərazisi ilə bağlı səhvə yol verilib.
Bizim.Media xəbər verir ki, Dağlıq Qarabağın yaşayış məntəqələrində 1100-dən çox sakinə yardım göstərən hərbi sülhməramlı həkimlərin mobil qrupları barədə məlumatın başlığında Qarabağın dağlıq hissəsinin adı 3 hərfin inisialı ilə - qondarma rejimi Dağlıq Qarabağ Respublikası kimi təqdim etmişdir.
MÖVZU İLƏ BAĞLI:
Rusiya Müdafiə Nazirliyi nə üçün “НКР” adından istifadə edir? - FOTO
Bir qədər sonra isə sayt bu texniki səhvi düzəldərək sülhməramlı-həkimlərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ sakinlərinə yardım göstərdiklərini yazıb.
Qeyd edək ki, bu məsələyə ilk olaraq münasibət bildirən və işıqlandıran Bizim.Media saytı olub.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































