Ceyhun Bayramov Ermənistanın son təxribatlarından danışdı

Ceyhun Bayramov Ermənistanın son təxribatlarından danışdı

Hazırda oxunan: Ceyhun Bayramov Ermənistanın son təxribatlarından danışdı
64478
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ermənistan tərəfindən vaxtaşırı təxribatlar törədilir. Bu, Ermənistan-Azərbaycan sərhədində baş verir. Biz həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində də bunun şahidi oluruq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Haber Global”a müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Bizim müşahidələrimiz bunun iki əsas səbəbini göstərir: sərhəddəki təxribatlar Ermənistan tərəfindən bu məsələyə daha çox diqqət yönəltmək məqsədi daşıyır və delimitasiya məsələsində Ermənistan tərəfinin irəli sürmək istədiyi ilkin şərtləri əsaslandırmaq üçün istifadə edilir.

Çünki Azərbaycanın delimitasiya prosesi ilə bağlı mövqeyi bəllidir. Biz Ermənistan-Azərbaycan işçi qrupunun yaradılmasına və delimitasiya prosesinə razılığımızı bildirmişik. Təbii ki, beynəlxalq hüquq normaları, beynəlxalq səviyyədə tanınmış sərhədlər anlamına gəlmək şərtilə.

Ermənistan tərəfi isə burada bəlli ilkin şərtlər irəli sürməyə çalışdı. Onların ilki şərtlərinin detallarına varmayacam. Ancaq hesab edirəm ki, onlar qəbul edilməzdir. Ermənistan bu məsələdə ciddi şəkildə irəliləyişə nail olmaq istəyirsə, konstruktiv, beynəlxalq hüquqa əsaslanan mövqe tutmalıdır”, - Ceyhun Bayramov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO