Azərbaycan və İran arasında fövqəladə hallarla mübarizən müzakirə edildi - FOTO

Azərbaycan və İran arasında fövqəladə hallarla mübarizən müzakirə edildi - FOTO

Hazırda oxunan: Azərbaycan və İran arasında fövqəladə hallarla mübarizən müzakirə edildi - FOTO

641831

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkədə səfərdə olan İranın daxili işlər naziri İsgəndər Momeninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, K.Heydərov Azərbaycan ilə İran arasında münasibətlərin inkişafı kontekstində fövqəladə hallarla mübarizə sahəsində uyğun qurumlar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

 

Kəmaləddin Heydərov Azərbaycan FHN-nin fəaliyyəti barədə qonağa ətraflı məlumat verib. İki qurum arasında qarşılıqlı məlumat və təcrübə mübadiləsi, müxtəlif fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üzrə operativ koordinasiya və digər istiqamətlərdə əməkdaşlığın qarşılıqlı faydasından danışıb, bu səfərin və aparılan müzakirələrin əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini bildirib.


Səmimi görüşə görə təşəkkürünü bildirən İranın daxili işlər naziri İsgəndər Momeni müxtəlif vaxtlarda İranda baş vermiş irimiqyaslı fövqəladə hadisələr zamanı Azərbaycanın göstərdiyi humanitar yardımların yüksək qiymətləndirildiyini vurğulayıb.

Qonaq iki qurum arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlığın inkişaf perspektivlərindən danışıb, bu səfərin əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO