Prezident: “Azərbaycan ABŞ-la qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir”

Prezident: “Azərbaycan ABŞ-la qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir”

Hazırda oxunan: Prezident: “Azərbaycan ABŞ-la qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir”

623200

Prezident İlham Əliyev Azərbaycan ilə Birləşmiş Ştatlar arasında böyük potensiala malik qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verdiyini deyib.
 
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan dövlət başçısı Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa ünvanladığı məktubda bildirib.

"Biz Azərbaycan ilə Birləşmiş Ştatlar arasında böyük potensiala malik qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veririk. Əminəm ki, bu potensialdan və mövcud imkanlardan tam bəhrələnərək birgə səylərimizlə dövlətlərarası münasibətlərimizin möhkəmlənməsinə, strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq", - dövlət başçısı məktubunda qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO