Azərbaycanda "Ərzaq təminatı xəritəsi" informasiya sistemi yaradılır – FƏRMAN

Azərbaycanda "Ərzaq təminatı xəritəsi" informasiya sistemi yaradılır – FƏRMAN

Hazırda oxunan: Azərbaycanda "Ərzaq təminatı xəritəsi" informasiya sistemi yaradılır – FƏRMAN
582327
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda "Ərzaq təminatı xəritəsi" informasiya sistemi yaradılır.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, informasiya sistemi ölkədə ərzaq təminatı sahəsində mövcud vəziyyətin müəyyən edilməsini, bunun əsasında qərarların qəbul edilməsi üçün etibarlı və dayanıqlı informasiyanın yaradılmasını, toplanılmasını, işlənilməsini, saxlanılmasını, axtarışını və məlumatlara əlçatanlıq səviyyəsinin artırılmasını təmin edəcək.

Sistemin sahibi və operatoru funksiyalarını İqtisadiyyat Nazirliyi həyata keçirəcək.

Nazirlər Kabineti informasiya sistemi haqqında əsasnaməni üç ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməli, Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.


İqtisadiyyat Nazirliyi isə sistemin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO