Baş Prokurorluqda BMT nümayəndələri ilə görüş keçirildi - FOTO

Baş Prokurorluqda BMT nümayəndələri ilə görüş keçirildi - FOTO

Hazırda oxunan: Baş Prokurorluqda BMT nümayəndələri ilə görüş keçirildi - FOTO

52029

Dekabrın 22-də BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin (BMTNCİ) Mərkəzi Asiya üzrə regional nümayəndəsi Aşita Mittalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Baş Prokurorluqda görüş keçirilib.

Baş Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov ölkəmizdə prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış işlərdən danışıb.

44 günlük Vətən müharibədə qələbə münasibəti ilə xalqımızı təbrik edən BMT rəsmisi Aşita Mittal post-müharibə dövründəhüquqi sahədə də uğurlar əldə olunacağına ümidvar olduğunu bildirib.

Daha sonra BMTNCİ-nin Mərkəzi Asiya üzrə Regional Ofisi tərəfindən hazırlanmış 2022-2025-ci illər üçün Azərbaycan Respublikası və BMTNCİ arasında Əməkdaşlıq üzrə Yol Xəritəsinin layihəsində yer alan məsələlər ətrafında səmərəli müzakirələr aparılıb, müvafiq təkliflər səsləndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO