Ərdoğan Füzulidən sonra Zəngilana gedəcək

Hazırda oxunan: Ərdoğan Füzulidən sonra Zəngilana gedəcək

43174

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana qısa müddətli iş səfərinin proqramı açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Türkiyə Prezident Administrasiyası yayıb.

“Prezident Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevin dəvəti ilə 26 oktyabr 2021-ci ildə bir günlük işgüzar səfərlə Azərbaycana səfər edəcək. Dövlət başçıları Azərbaycanın Qarabağ bölgəsində erməni işğalından azad edilmiş ilk hava limanı olan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində, bölgədə yeni avtomobil yolunun və Türkiyənin iştirakı ilə Zəngilanda tikiləcək “Ağıllı Kənd Təsərrüfatı Kompleksi”nin təməlinin qoyulması mərasimində iştirak edəcəklər.

Səfər zamanı Türkiyə-Azərbaycan münasibətlərinin bütün aspektləri və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq. Tərəflər ikitərəfli əlaqələrlə yanaşı, cari regional və beynəlxalq hadisələrə də toxunacaqlar”, - deyə mesajda qeyd edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO