Ceyhun Bayramov: “27 Sentyabr Azərbaycan tarixində dönüş nöqtəsi oldu”

Ceyhun Bayramov: “27 Sentyabr Azərbaycan tarixində dönüş nöqtəsi oldu”

Hazırda oxunan: Ceyhun Bayramov: “27 Sentyabr Azərbaycan tarixində dönüş nöqtəsi oldu”
38889
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“27 Sentyabr Azərbaycan tarixində dönüş nöqtəsi oldu. 2020-ci il sentyabrın 27-də erməni təxribatlarına cavab olaraq Azərbaycan öz hüququndan istifadə etməklə əks-hücum əməliyyatlarına başladı”. 

Bizim.Media-nın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin İstanbulda keçirilən toplantısında deyib. 

C.Bayramov bildirib ki, 44 gün ərzində Azərbaycan ərazilərinin 30 il davam edən erməni işğalına son qoyuldu. 
 

Nazir bildirib ki, Azərbaycan 44 günlük müharibə dövründə və müharibədən sonra azad edilmiş ərazilərin bərpa və yenidən qurma işlərində Şuraya üzv olan ölkələrin göstərdikləri həmrəyliyi yüksək qiymətləndirir. 


Daha sonra toplantı iştirakçıları ayağa qalxıblar, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO