Məlahət İbrahimqızı: “Biz Qərbi Azərbaycan uğrunda da mübarizə aparacağıq”

Məlahət İbrahimqızı: “Biz Qərbi Azərbaycan uğrunda da mübarizə aparacağıq”

Hazırda oxunan: Məlahət İbrahimqızı: “Biz Qərbi Azərbaycan uğrunda da mübarizə aparacağıq”

38491

Ermənilər XX əsrdə yarım milyondan çox azərbaycanlını indiki Ermənistan ərazisindən çıxarıb, onları qətliamlara məruz qoyublar. 1 milyona yaxın azərbaycanlının doğma torpaqlarında - İrəvan xanlığı zonasında yaşamaq hüququnu pozublar, amma indi gəlib 25 min erməniyə Qarabağda status istəyirlər. Bu barədə nə deyə bilərsiniz?

“Tarix üçün 200 il böyük bir müddət deyil. Bu zaman ərzində biz mənfur, təcavüzkar qonşumuzun Azərbaycan xalqına və Türkiyəyə qarşı qərəzli, düşmənçilik mövqedə durduğunu görmüşük. Dünya tarixçiləri də bilir ki, bugünkü Ermənistan ərazisində heç vaxt erməni dövləti olmayıb” deyən millət vəkili Məlahət İbrahimqızı tarixə də nəzər saldı.

Bizim.Media-ya özəl açıqlamasında deputat bildirdi ki, tarix boyu bəzi imperialist güclər Türkiyə və Azərbaycan arasında baryer yaratmağa çalışıb və nəticədə Ermənistan dövlətini qurublar.
 

MÖVZU İLƏ BAĞLI:

“Ən güclü erməni lobbisini İranda axtarmaq lazımdır” - Məlahət İbrahimqızı


Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələrindən də bəhs edən Məlahət İbrahimqızı heç o sənədlərdə də Ermənistan adlanan ərazinin, ermənilərlə bağlı məlumatın olmadığını xatırlatdı. 

Tarixi ardıcıllığı sadalayan millət vəkili XX əsrin əvvələrindən də bəhs etdi:

“1905, 1910 və 1918-20-ci illərdə də ermənilərin azərbaycanlılara qarşı qətliamları baş verdi. Daşnak-bolşevik terrorçuları ingilislərin də dəstəyilə total hücuma keçdilər. Azərbaycan Xalq Cümhuriyyəti qurulanda İrəvanı ermənilərə paytaxt kimi verməklə ən böyük nöqsana imza atdılar. Çünki 1920-ci ildə SSRİ işğalı ilə Azərbaycan həm müstəqilliyini itirdi, həm də qərb torpaqları – İrəvandan oldu”.
 

Sovet İttifaqının da siyasətini pisləyən deputat 70 il ərzində azərbaycanlıların müxtəlif bəhanələrlə deportasiya olunduğunu, repressiya qurbanlarına çevrildiklərini də dilə gətirdi.


Zəngəzur kimi ərazilərimiz isə qeyri-qanuni yolla Ermənistana verilirdi:

“Beləliklə, 200 il ərzində bəlkə də bir milyondan çox qərbi azərbaycanlı əcdadlarının vətənindən qovuldu. 1987-ci ildən başlayaraq 250 mindən artıq azərbaycanlı erməni qətliamlarına məruz qalaraq öz yurdlarından deportasiya olundu. Bu, ayrı bir mövzudur. Qarabağın işğaldan azad olunması ayrı bir istiqamətdirsə, biz Qərbi Azərbaycan uğrunda da mübarizə aparacağıq. Möhtərəm Prezidentimiz də ötən illər ərzində hər dəfə İrəvanın, Zəngəzurun, Göyçənin Azərbaycan xalqının qədim yurd yeri olduğunu deyib. Hər zaman da vurğulayır ki, biz ora qayıdacağıq”.
 

Amma deputatın fikrincə, Prezident İlham Əliyev 44 günlük savaşdakı qələbə ilə Qarabağı azad etdiyi kimi bu mövzuda da uğurlu nəticəyə köklənib.


Şərqi Zəngəzur İnzibati Rayonunun yaradılması da Azərbaycanın gələcək hədəfləri barədə dünyaya mesajdır:

“Ermənistanın Azərbaycandan nəsə tələb etməyə heç bir haqqı yoxdur. Əksinə, 30 il ərzindəki işğal nəticəsində torpaqlarımızın errmənilər tərəfindən talan edilməsi ilə bağlı hesabımızı bitirməmişik. Baş Prokurorluq bununla bağlı ciddi işlər görür. Materiallar hazırlanıb beynəlxalq məhkəmələrə təqdim olunacaq və Ermənistan mütləq təzminat verməlidir”.

Məlahət İbrahimqızı vurğuladı ki, Qarabağda yaşamaq istəyən ermənilər bu arzularını yanlız Azərbaycan vətəndaşı kimi reallaşdıra bilərlər.

Onsuz da hazırda Azərbaycanda 30 mindən çox erməni yaşayır və millət vəkilinin sözləri ilə desək, “onların heç birinə güldən artıq söz deyən yoxdur. Xankəndində yaşayan ermənilər də azərbaycanlılarla bərabərhüquqlu yaşaya bilərlər, ancaq Azərbaycanın qanunlarını, gerb, bayraq və himninə hörmət etməlidirlər”. 

Sonda deputat bir daha təkrar etdi ki, ermənilərin Cənubi Qafqaza müxtəlif bölgələrdən köçürülməsi faktı Çar Rusiyası, SSRİ, ABŞ arxiv sənədlərində və hətta erməni tarixçilərinin öz kitablarında da qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO