Türkdilli ölkələrdən birlik mesajı – Qarabağda forum keçirilə bilər 

Türkdilli ölkələrdən birlik mesajı – Qarabağda forum keçirilə bilər 

Hazırda oxunan: Türkdilli ölkələrdən birlik mesajı – Qarabağda forum keçirilə bilər 
36495
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Biz 2-ci Qarabağ müharibəsinin davam etdiyi ötən il 2 noyabr tarixində Azərbaycanda idik. Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan olaraq Azərbaycana dəstək vermək üçün biznes-forum keçirdik". 

Bizim.Media xəbər verir ki, bunu Ağdamda səfərdə olan Türk Ticarət və Sənaye Palatasının Baş katibi Adəm Kula jurnalistlərə açıqlamasında deyib. 

“Türk Ticarət və Sənaye Palatası olaraq 6 dövlətin ticarət və sənaye palatasının birləşməsi ilə yaradılıb.

Noyabrdakı tədbir ərəfəsində Prezident İlham Əliyev palata sədrlərini qəbul etdi. Dünən isə Qarabağa həsr edilmiş biznes forumu keçirdik.

Burada 6 dövlətin 125-dən çox iş adamı bir araya gəldi, Qarabağda reallaşdırılacaq layihələr barədə məlumatları birinci əldən - Qarabağ Dirçəliş Fondundan, nazir Mikayıl Cabbarovdan aldılar. Bu gün də bu gözəl məkana səfər etmişik.

Evimizə dönəndə ilk işimiz buraya iş adamlarını, sərmayədarları, sənayeçiləri dəvət etmək olacaq.

Əgər Azərbaycan dövləti uyğun bilsə, biz Qarabağda 6 dövlətin iştirakı ilə biznes forumu keçirə bilərik", - deyə o qeyd edib. 
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO