“Dövlət xətti ilə tikilən yeni evlər, dağılmış əvvəlki evlərdən qat-qat keyfiyyətlidir” - Prezident

“Dövlət xətti ilə tikilən yeni evlər, dağılmış əvvəlki evlərdən qat-qat keyfiyyətlidir” - Prezident

Hazırda oxunan: “Dövlət xətti ilə tikilən yeni evlər, dağılmış əvvəlki evlərdən qat-qat keyfiyyətlidir” - Prezident
28542
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Biz bu gün müharibə dövründə evlərini itirmiş, namərd erməni atəşi nəticəsində yaxınlarını itirmiş mülki şəxslərin də problemlərini həll edirik.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində bildirib.

Müharibə dövründə Ermənistanın mülki əhalini atəşə tutduğunu, hərbi cinayətlər törətdiyini, qadağan edilmiş silahlardan istifadə etdiyini vurğulayan dövlətimizin başçısı deyib:

“Ermənistan uzaqmənzilli ballistik raketlərdən istifadə edib və bunun nəticəsində 100-dən çox mülki şəxs həlak olub, minlərlə fərdi ev və fərdi sahibkarlıq obyekti dağıdılıb. Bu gün dağıntılara məruz qalmış bütün şəhər və rayonlarımızda quruculuq işləri gedir. Yenə də dövlət xətti ilə yeni evlər tikilir, fərdi evlər tikilir və o evlər dağılmış əvvəlki evlərdən qat-qat keyfiyyətlidir”.

Prezident vurğulayıb ki, biz bu istiqamətdə ən düzgün siyasət aparırıq və bu siyasət Azərbaycan xalqının maraqlarına tam cavab verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO