SON DƏQİQƏ: Rafael Quliyev Kənd Təsərrüfatı naziri təyin edildi

SON DƏQİQƏ: Rafael Quliyev Kənd Təsərrüfatı naziri təyin edildi

Hazırda oxunan: SON DƏQİQƏ: Rafael Quliyev Kənd Təsərrüfatı naziri təyin edildi
250458
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatına yeni nazir təyin edilib.

Bizim.Media “Manset.az”a istinadən xəbər verir ki, Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini, sədr vəzifəsini icra edən Bəxtiyar Məmmədovun müvafiq əmri ilə Rafael Quliyev Naxçıvan MR kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib.
 

R. Quliyev bu təyinata qədər Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin sədr müavini vəzifəsində çalışıb.


Xatırladaq ki, Naxçıvan MR-nın Kənd Təsərrüfatı Nazirinin müavini, nazir vəzifəsini icra edən Xəyalə Dadaşova idi. O, nazir müavini vəzifəsini icra etməyə davam edəcək.

Təyinatla bağlı sərəncamın yaxın dəqiqələrdə elan olunacağı gözlənilir.

Qeyd edək ki, dünən Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində MR rəhbərliyinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə iştirak edən Xəyalə Dadaşovanın fəaliyyəti yüksək qiymətləndirilib. Kənd Təsərrüfatı Nazirliyinin müsbət inkişaf dinamikası, artımların olduğu, subsidiyalarla bağlı əvvəlki rəhbərliyin dövründə yaranmış problemlərin aradan qaldırıldığı bildirilib. Belə bir məqamda, birdən-birə quruma yeni kənd təsərrüfatı nazirinin təyin olunması böyük suallar doğurur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO