"Azərbaycanla Ermənistan arasında dialoqa başlamalıyıq" - ATƏT sədri

Hazırda oxunan: "Azərbaycanla Ermənistan arasında dialoqa başlamalıyıq" - ATƏT sədri

24473

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde sərhəd məsələsinin siyasi həlli üçün Azərbaycanla Ermənistan arasında dialoqun bərpasının vacibliyini qeyd edib.

Bizim.Media xəbər verir ki, bu barədə Linde ABŞ Konqresi yanında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) dinləmələrində danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu - SON DƏQİQƏ


“Ermənistanla Azərbaycan arasındakı sərhəddə mövcud gərginliyin artması, həll olunmamış məsələlərin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi bir çağırış olaraq qaldığını nümayiş etdirir.

Davamlı bir siyasi həll haqqında danışıqları davam etdirmək üçün gərginliyi azaltmalı və tərəflər arasında dialoqa başlamalıyıq. Beynəlxalq hüquqa uyğun olaraq, humanitar ehtiyacları və insan haqları məsələlərini həll etməliyik”, - deyə Ann Linde qeyd edib.

O, Rusiya, ABŞ və Fransanın həmsədr olduğu ATƏT-in Minsk Qrupunun bu məsələlərin həlli üçün ən yaxşı format olduğuna əminliyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin