“İsgəndər M”lə bağlı Rusiya niyə cavab verə bilmir? – 5 VACİB SƏBƏB 

Hazırda oxunan: “İsgəndər M”lə bağlı Rusiya niyə cavab verə bilmir? – 5 VACİB SƏBƏB 

19732

Şuşaya atılan “İsgəndər M” raketləri ilə bağlı Azərbaycan hökuməti tərəfindən Rusiyadan rəsmi cavab tələb olunsa da, Moskva hələki susur.

Ermənistanın isə Azərbaycanın suallarına verməyə heç bir cavaı yoxdur, çox güman ki heç vaxt da olmayacaq. 

Məsələni bir daha nəzərdən keçirəndə Moskvanın cavab verə bilməməsinin bəzi səbəbləri bəlli olur. Nəzərdən keçirdiyimiz beş səbəbi müzakirə edək:

1. Birinci səbəb ”İsgəndər M” raketlərin təyinatı və ona qarşı qəbul olunmuş qadağalardır. Əgər Rusiya erməni ordusuna bu silahları müharibədə istifadə üçün veribsə, bu beynəlxalq normaların pozulması hesab olunduğundan Moskva üçün kifayət qədər böyük başağrısıdır. Bu addım Rusiyanı Qərbin sanksiyaları ilə üz-üzə qoya bilər. Onsuzda Ukrayna münaqişəsi səbəbindən Qərblə münasibətləri pisləşən Rusiya üçün yeni sanksiyaların tətbiqi arzuolunan deyil.

Xüsusilə də bu sanskiyaların Rusiya iqtisadiyatına vurduğu ağır zərbələrdən sonra növbəti sanksiyalar dalğası ölkəni daha çıxılmaz vəziyyətə gətirə bilər.

2. Digər bir səbəb isə, “İsgəndər”lərin ermənilərin əlinə qeyri-qanuni yollarla keçməsi ehtimalından qaynaqlanır. Rusiyada olan erməni lobbisinin şəxsi zəmində əlaqələri ən yüksək hərbi eşalaona qədər gedib çıxır. Raketlərin hökumətin xəbəri olmadan Ermənistana keçməsinin açıqlanması Rusiya təhlükəsizlik orqanlarına qara ləkə yaxacaq. Ermənilərin müxtəlif üsullarla Rusiyadan bu silahları ələ keçirməyə nail olması dərin hökumət böhranının baş verməsi ilə nəticələnə bilər.

3. Ermənistan daxilindəki gərginlik Rusiyanın açıqlama verməkdən çəkinməsinin növbəti səbəbi hesab oluna bilər. Bölgədəki vassalını itirmək istəməyən  Rusiyanın Ermənistan əleyhində verəcəyi hər hansı açıqlama Kremlinin maraqlarına uyğun deyil.

Onsuzda Qərbyönümlü siyasət yürüdən Paşinyan hökümətini daha da uzaqlaşdıracaq bir açıqlama vermək Rusiya üçün heç cür sərfəli olmaz.

4. Erməni xisləti Rusiya hökumətini açıqlamadan uzaqlaşdıran digər bir səbəbdir. Uzun illər dövlətçilik ənənələri olan Rusiya kimi güclü ölkə üçün belə erməni xalqı ilə münasibətləri qorumaq çox çətindir. İstənilən münasibətlərdə öz maraqlarını hər şeydən üstün tutan ermənilərlə dialoqu qorumaq üçün Rusiya ehtiyatlı davranmağa çalışır.

5. Digər önəmli səbəb isə Ermənistan rəsmilərinin sərsəm bəyanatlarıdır. Ermənistan baş naziri Nikol Paşinyanın rus silahları ilə bağlı verdiyi açqlamlar, İsgəndər raketlərinin yararsız olduğunu və cəmi 10 faizinin partladığını deməsi, Rusiya hərb sənayesinin imicini kölgə altında qoyur. “İsgəndər M” raketinin də hədəfə çatmaması, havada ikən vurulması bu məsələ haqda Moskvanı dərin düşünməyə  vadar edib. 

Ya da Rusiya Müdafiə Nazirliyinin “Rusiya ərazisindən “İsgəndər M” raketlərinin buraxılmasının müəyyən edilməyib” cavabı ilə bitmiş olur. Allah heç kimə erməni kimi, nə müttəfiq, nə qonşu, nə də dost qismət eləməsin.

Qeyd edək ki, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Şuşada “İsgəndər” raketinin qalıqlarının aşkar edildiyi barədə aprelin 2-də məlumat verib, raketin qalıqlarını nümayiş etdirib. Qeyd olunub ki, Şuşada tapılan “İsgəndər M” Operativ Taktiki Raket Kompleksindən (OTRK) atılmış raketin qalıqlarıdır.

Azərbaycan hökuməti satışı qadağan olunmuş “İsgəndər M” raketlərinin Ermənistanın əlinə necə keçməsi ilə bağlı Rusiyadan rəsmi cavab tələb edib. Lakin Moskva mətbuat katibi Dimitri Peskovun “Raketlə bağlı heç nə deyə bilmərəm, bilmirəm, heç bir informasiyam yoxdur”- cavabı ilə hələ də susur. 

Prezident İlham Əliyev isə, Rusiyanın məsələyə bu cür laqeyd yanaşmasını tənqid edib və açıq şəkildə bu raketlərin Ermənistanın əlinə necə düşməsi ilə bağlı açıqlama gözlədiyini diqqətə çatdırıb. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO