Hikmət Hacıyev: “İsrail ilə əməkdaşlığımız 3-cü ölkələrə qarşı yönəlməyib”

Hikmət Hacıyev: “İsrail ilə əməkdaşlığımız 3-cü ölkələrə qarşı yönəlməyib”

Hazırda oxunan: Hikmət Hacıyev: “İsrail ilə əməkdaşlığımız 3-cü ölkələrə qarşı yönəlməyib”
154121
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycanla İsrail arasında əməkdaşlıq üçüncü dövlətə qarşı deyil, iki ölkənin xeyrinədir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin beynəlxalq "i24NEWS" telekanalına müsahibəsində deyib.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan müstəqil xarici siyasət yürüdür və dostlarını özü seçir: 

"Bu, hər iki tərəfin xeyrinə olan ikitərəfli əməkdaşlığa da aiddir. İlk növbədə, bu, iki ölkənin, xalqın mənafeyi naminə əməkdaşlıqdır və bunun tarixi əsası var. Yəhudi və Azərbaycan xalqları arasında əməkdaşlıq və dostluq bizim genimizdə var”.

"Azərbaycanda yaşayan yəhudilər bizim bacı-qardaşlarımızdır. Fəxr edirik ki, yəhudi icması Azərbaycan cəmiyyətinin inkluziv və ayrılmaz hissəsidir. Biz həm də qürur duyuruq ki, Azərbaycan tarixində antisemitizm halı olmayıb”, - o bildirib.

H.Hacıyev vurğulayıb ki, yəhudi icmasının təkcə bu gün deyil, keçmişdə də Azərbaycan mədəniyyətinin və dövlətçiliyinin çiçəklənməsinə verdiyi töhfələri yüksək qiymətləndirir.
Prezidentin köməkçisi qeyd edib ki, ölkənin böyük yəhudi icması Azərbaycanla İsrail arasında dostluq və əməkdaşlıq əlaqələrinin, vətəndaşlarımız arasında təmaslar vasitəsilə bu əlaqələrin daha da dərinləşməsində əsas məqamdır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO