İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidentini qəbul edib - VİDEO

İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidentini qəbul edib - VİDEO

Hazırda oxunan: İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidentini qəbul edib - VİDEO

154060

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterinkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, söhbət zamanı bu ilin yanvarında Davosda Prezident İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti ilə görüşü məmnunluqla xatırlanıb.

Görüşdə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda fəaliyyət istiqamətləri və ölkəmiz üçün prioritet sahələr, xüsusilə bərpaolunan enerji, nəqliyyat, logistika, kiçik və orta biznesin inkişafı sahələrində, Orta Dəhliz istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.

Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmi vurğulanıb, Bankın ölkəmizin enerji və nəqliyyat layihələrinə, xüsusilə Cənubi Qaz Dəhlizinə ayırdığı kreditlərin vacibliyi qeyd olunub.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Bizim.Media
 
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO