Qarabağda mülki geyimli 6 silahlı erməni hərbçilərimizə ATƏŞ AÇDI

Qarabağda mülki geyimli 6 silahlı erməni hərbçilərimizə ATƏŞ AÇDI

Hazırda oxunan: Qarabağda mülki geyimli 6 silahlı erməni hərbçilərimizə ATƏŞ AÇDI

153454

Bu gün Qarabağdakı Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan ərazidə yerli quldurların növbəti təxribatının qarşısı alınıb.

Bizim.Media “Caliber” nəşrinə istinadən xəbər verir ki, saat 14:00 radələrində mülki geyimli 6 silahlı şəxs təcili tibbi yardım maşını ilə Ağdam rayonunun Papravənd kəndi istiqamətində Azərbaycan ordusunun mövqeləri ilə üzbəüz Ermənistan silahlı qüvvələrinin mövqelərinə gəlib.

Onlar maşından düşüb, hərbçilərimizin ünvanına nalayiq ifadələr səsləndirib, daha sonra mövqelərimizi avtomat silahlardan atəşə tutublar. Xoşbəxtlikdən tərəfimizdən ölən və xəsarət alan olmayıb.

Məlumata görə, erməni təxribatının qarşısını almaq üçün tərəfimizdən dərhal lazımi tədbirlər görülüb.

Bildirilir ki, Rusiya sülhmərmalıları artıq hadisədən xəbərdardırlar.
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO