Dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması tariflərini bu qurum müəyyən EDƏCƏK 

Dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması tariflərini bu qurum müəyyən EDƏCƏK 

Hazırda oxunan: Dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması tariflərini bu qurum müəyyən EDƏCƏK 

153333

Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının tranzit yükdaşıma, tranzit yüklərlə bağlı liman və nəqliyyat-ekspedisiya xidmətləri ilə bağlı tariflərin dövlət tənzimlənməsini həyata keçirməsi hüququ ləğv edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” 2015-ci il 21 oktyabr tarixli fərmanında dəyişiklikdə əks olunub. 

Bundan sonra Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası bu sahədə xidmətlərinin göstərilməsini tənzimləyəcək. 

Koordinasiya Şurasının dəmir yolu ilə tranzit yüklərin daşınması, eləcə də dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması, tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz limanında göstərilən digər xidmətlər və nəqliyyat-ekspedisiya xidmətləri üzrə tarifləri müəyyən etmək hüququ ləğv edilib 

Dəyişikliyə əsasən, həmçinin nəqliyyat-ekspedisiya xidmətlərinin sərhədləri müəyyənləşdirilib. Belə ki, bu xidmətlər dedikdə dəmir yolu və dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması xidmətləri, habelə tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz limanında göstərilən digər xidmətlər nəzərdə tutulacaq. 

Koordinasiya Şurasının ləğv olunmuş səlahiyyətləri, yəni Azərbaycanda dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması, habelə tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz limanında göstərilən digər xidmətlərin, həmin xidmətlər üzrə nəqliyyat-ekspedisiya xidmətlərinin tariflərinin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.

Bununla bağlı Prezident İlham Əliyevin “Dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı dəniz limanında göstərilən xidmətlərin tariflərinin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi Qaydası”na dəyişikliklər edilib. 
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yeni tarifləri İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin rəylərini nəzərə alaraq altı ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməlidir. Yeni tariflər təsdiq edilənədək mövcud tariflər öz hüquqi qüvvəsini saxlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO