İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini QƏBUL ETDİ  

İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini QƏBUL ETDİ  

Hazırda oxunan: İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini QƏBUL ETDİ  
152633
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürakı qəbul edib. 

Bizim.Media xəbər verir ki, söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi, hərbi sahədə də uğurla inkişaf etdiyi vurğulanıb. 

Metin Gürakın vəzifəyə təyin olunmasından qısa zaman sonra ölkəmizə səfər etməsinin önəmi qeyd edilib və bu səfərin əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub. 
Azərbaycan və Türkiyənin hərbi qurumları arasında səmərəli iş birliyinin həyata keçirildiyi qeyd edilib. 

Görüşdə Azərbaycanın Vətən müharibəsində Qələbəsinin önəmi və ordumuzun bu qələbənin əldə olunmasında göstərdiyi yüksək peşəkarlığı və qəhrəmanlığı vurğulanıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO