Qərbi Azərbaycan İcmasından Lüksemburqa ÇAĞIRIŞ 

Qərbi Azərbaycan İcmasından Lüksemburqa ÇAĞIRIŞ 

Hazırda oxunan: Qərbi Azərbaycan İcmasından Lüksemburqa ÇAĞIRIŞ 
152050
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qərbi Azərbaycan İcması Lüksemburqun xarici işlər nazirinin Azərbaycana qarşı yönəlmiş 2023-cü il 23 avqust tarixli açıqlamasını kəskin şəkildə pisləyir. 

İcmadan Bizim.Media-ya verilən məlumata görə, Lüksemburqun və onun uzun müddətdən bəri qatı anti-Azərbaycan mövqeyi sərgiləyən xarici işlər nazirinin belə açıqlamaları gülüş və kinayə doğurur. Azərbaycan ictimaiyyəti Lüksemburqun ədalətsiz, düşmən mövqeyini xüsusən Vətən müharibəsindən yaxşı xatırlayır. 

Lüksemburq bəşəri dəyərlərə, beynəlxalq hüquqa açıq-aşkar hörmətsizlik nümayiş etdirir. 30 il ərzində Ermənistanı Azərbaycan ərazilərinin işğalına son qoymağa çağırmayan, biz qərbi azərbaycanlılar da daxil olmaqla, yüz minlərlə azərbaycanlının öz dədə-baba yurdlarından qovulmasına göz yuman Lüksemburqun indi Azərbaycana hansısa çağırış etməsi üçün mənəvi hüququ yoxdur. 
Qərbi Azərbaycan İcması Lüksemburqu Azərbaycanın daxili işlərinə kobud müdaxilədən əl çəkməyə, xüsusilə onun xarici işlər nazirini Azərbaycanofobiya mərəzindən qurtulmağa çağırır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO