İlham Əliyev Budapeştdə iki ölkə rəsmisi ilə görüşüb - FOTO/VİDEO

İlham Əliyev Budapeştdə iki ölkə rəsmisi ilə görüşüb - FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyev Budapeştdə iki ölkə rəsmisi ilə görüşüb - FOTO/VİDEO
151622
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avqustun 20-də Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü xanım Jelka Tsviyanoviç və Serb Respublikasının Prezidenti Milorad Dodik ilə görüşü olub.

Bizim.Media xəbər verir ki, görüşdə Prezident İlham Əliyevin bu ilin aprelində Bosniya və Herseqovinaya rəsmi səfəri və səfər zamanı aparılmış müzakirələrin önəmi vurğulanıb, həmin səfər çərçivəsində Azərbaycan ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanmasının önəmi qeyd edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Budapeştdə İlham Əliyev Macarıstanın Baş naziri ilə görüşüb - FOTO


Bəyannamədə qarşıya qoyulan vəzifələrin hazırda həyata keçirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.

Söhbət zamanı münasibətlərimizin hərtərəfli inkişafından məmnunluq ifadə olunub, iqtisadi-ticari əlaqələrin və energetika sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Xüsusilə enerji sahəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, ölkələrimizin aidiyyəti nazirlikləri və təşkilatları arasında bu sahədə görüşlərin keçirildiyi bildirilib, qarşıya qoyulan iqtisadi və investisiya layihələrinin reallaşdırılması üzrə müzakirələrin aparıldığı qeyd olunub.
 


İlham Əliyev Budapeştdə iki ölkə rəsmisi ilə görüşüb - FOTO/VİDEO - foto 1

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO