Azərbaycan XİN-dən ATƏT sədrinə: Heç bir yerdə sərhəddən “sərbəst keçid” anlayışı yoxdur

Azərbaycan XİN-dən ATƏT sədrinə: Heç bir yerdə sərhəddən “sərbəst keçid” anlayışı yoxdur

Hazırda oxunan: Azərbaycan XİN-dən ATƏT sədrinə: Heç bir yerdə sərhəddən “sərbəst keçid” anlayışı yoxdur
151112
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Laçın sərhəd-keçid məntəqəsindən hər gün hər iki istiqamətdə onlarla erməni əsilli Azərbaycan sakini keçir.

Bizim.Media xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Tvitter paylaşımına cavab verib.

“Cənab nazir, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da sərhəddən keçid yaxşı tənzimlənir və heç yerdə “sərbəst keçid” anlayışı yoxdur.

Bölgəyə böyük həcmdə yüklərin tədarükünə gəlincə, Azərbaycan bu məqsədlər üçün Ağdam-Xankəndi yolunu ayırıb ki, əgər 10 gün əvvəl ermənilər tərəfindən razılaşmanın şərtləri pozulmasaydı, bundan istifadə edə bilərdilər”, - deyə Hacızadə qeyd edib.

Xatırladaq ki, Buyar Osmani Tvitter paylaşımında qeyd etmişdi ki, yerlərdəki vəziyyətlə tanış olmaq üçün şəxsi nümayəndəsinə Laçın rayonuna getmək tapşırığı verib.

Osmani, həmçinin, Laçın dəhlizindən sərbəst keçidin təmin edilməsinə çağırış edib, bununla yanaşı, digər marşrutların paralel olaraq açılmasının vacibliyini vurğulayıb.
 

Azərbaycan XİN-dən ATƏT sədrinə: Heç bir yerdə sərhəddən “sərbəst keçid” anlayışı yoxdur - foto 1

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO