“Fransa Cənubi Qafqazda sülh yox, münaqişə istəyir” – Leonid Kalaşnikovdan AÇIQLAMA

“Fransa Cənubi Qafqazda sülh yox, münaqişə istəyir” – Leonid Kalaşnikovdan AÇIQLAMA

Hazırda oxunan: “Fransa Cənubi Qafqazda sülh yox, münaqişə istəyir” – Leonid Kalaşnikovdan AÇIQLAMA

146215

“Fransa Prezidenti Emmanuel Makronun məsuliyyətsiz davranışına, eləcə də Fransanın öz müstəmləkə keçmişinə görə cavab verməli olmasına dair Qoşulmama Hərəkatının Koordinasiya Şurasının bu yaxınlarda keçirilən Nazirlər Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər tamamilə doğrudur. Fransa bu gün də müstəmləkəçilik siyasətini davam etdirməyə çalışır. Təbii ki, bu da heç bir çərçivəyə sığmır”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikov yerli mətbuata açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Kalaşnikov: “Qarabağla bağlı bəyanatı heç kim dəyişdirə bilməz”


O bildirib ki, Fransa Cənubi Qafqazda sülh yox, münaqişə istəyir:

“Makron üçün son məqsəd Azərbaycan və Ermənistan xalqlarının taleyi deyil, Fransanın təcəvüzkar hədəfləri  və Rusiyanı sülh prosesindən kənarlaşdırmaqdır. Bu cür məsuliyyətsiz və qalmaqallı bəyanatları ilə Makron öz elektoratının müəyyən təbəqələrini və erməni diasporunu sevindirməyə çalışır. 

Bildiyiniz kimi, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması məsələsində mənim mövqeyim həmişə birmənalı olub:  Qərb Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlı olmayıb. Qarabağ münaqişəsi onilliklər ərzində həll olunmadı. Çünki, mövcud status-kvo Amerika və Fransaya sərfəli idi. Problem yalnız Rusiyanın yardımı ilə həll olundu. Bu gün isə Rusiya ilə Qərb arasında gərginliyi əsas tutaraq Fransa öz geosiyasi maraqlarını təbliğ edir. Fransa üçün münaqişə tərəfləri arasındakı bəzi ziddiyyətlər əsl alver predmetidir”.

Komitə sədri Qərbin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına inanmadığını da bildirib:

“Biz bu yaxınlarda ABŞ dövlət katibinin iştirakı ilə Bakı ilə İrəvan arasında Amerika platformasında aparılan danışıqları, Fransanın ara-sıra iştirakı ilə aparılan danışıqları gördük. Qərb münaqişənin həllindən daha çox bu məsələdə öz vasitəçiliyini qanuniləşdirməyə çalışır. Amma bu cür vasitəçilik geosiyasətdə hər zaman qarşıdurma yaradır. 

Hazırda Rusiyanın başı digər problemlərə daha çox qarışıb. Bu da Moskvanın fikirlərini Cənubi Qafqazdakı vəziyyətdən bir qədər yayındırır. Lakin, Rusiya prezidenti  prosesləri diqqətdə saxlayır, mütəmadi olaraq ikitərəfli və üçtərəfli formatda təmaslar, müzakirələr, işçi qrupların görüşləri həyata keçirilir. 

Mənim dərin əminliyim ondan ibarətdir ki, yalnız Rusiya-Azərbaycan-Ermənistan üçlüyü çərçivəsində Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması istiqamətində istənilən səmərəli nəticə əldə edilə bilər.

Qərb “tərəfdaşlarının” vasitəçiliyi hamısı oyundur.  İlham Əliyevin bu oyunları çox gözəl bilir və bunu Makronun ifşa edilməsində də görürük.  Azərbaycan Prezidenti çox gözəl bilir ki, Parisin proseslərə təsir etmək cəhdləri müsbət heç nə gətirmir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO