“Baklift-2”nin sabiq rəhbəri 6 il azadlıqdan məhrum edildi

“Baklift-2”nin sabiq rəhbəri 6 il azadlıqdan məhrum edildi

Hazırda oxunan: “Baklift-2”nin sabiq rəhbəri 6 il azadlıqdan məhrum edildi
13853
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Ağır Cinayətlər Məhkəməsində “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Aslanov Üzeyir Şüeyib oğlu barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media-nın xəbərinə görə, hakim Telman Hüseynovun sədrlik etdiyi prosesdə hökm oxunub.

Hökmə əsasən, Ü. Aslanova 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib və şərti cəza verilib.

Qeyd edək ki, Ü. Aslanov barəsində cinayət işinin istintaqı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, 139 741 manat pul vəsaitini mənimsəyərək talamaqda ittiham edilib. Ü. Aslanov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO