Laçın-Xankəndi yolundan bu gün neçə avtomobil keçib? - FOTO

Laçın-Xankəndi yolundan bu gün neçə avtomobil keçib? - FOTO

Hazırda oxunan: Laçın-Xankəndi yolundan bu gün neçə avtomobil keçib? - FOTO

122655

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 77-ci günündə də Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

Bizim.Media xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus bir minik, 18 təminat avtomobilin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin edilib.

Gün ərzində indiyədək aksiya ərazisindən Rusiya sülhməramlılarına məxsus 46, BQXK-nın isə 7 avtomobili keçib.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO