Xankəndi-Laçın yolunda sülhməramlıların 34 avtomobili maneəsiz keçib

Xankəndi-Laçın yolunda sülhməramlıların 34 avtomobili maneəsiz keçib

Hazırda oxunan: Xankəndi-Laçın yolunda sülhməramlıların 34 avtomobili maneəsiz keçib

122137

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 11 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Bizim.Media xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 1 minik və 9 yük avtomobili Laçından Xankəndi, 1 minik maşını isə əks istiqamətə maneəsiz hərəkət edib.
Bununla da bu gün Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 34-ə çatıb.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO