İƏT Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarını PİSLƏDİ 

İƏT Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarını PİSLƏDİ 

Hazırda oxunan: İƏT Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarını PİSLƏDİ 
114270
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına zidd olaraq, Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində təbii sərvətlərin qanunsuz istismarını pisləyir. 

Bizim.Media xəbər verir ki, bu barədə İƏT Baş Katibliyi bəyanat yayıb. 

“Ekoloji standartlara lazımi diqqət yetirilmədən faydalı qazıntı yataqlarının işlənilməsi beynəlxalq hüququn və Azərbaycan Respublikasının milli qanunvericiliyinin pozulması olmaqla yanaşı, həm də ciddi və haqlı narahatlıq doğurur. 
Baş Katiblik bütün məsələləri dialoq yolu ilə həll etməyə çağırır və Azərbaycanın bununla bağlı səylərini yüksək qiymətləndirir”, - deyə bəyanatda qeyd edilib. 

Baş Katiblik İƏT Xarici İşlər Nazirləri Şurasının 22-23 mart 2022-ci il tarixlərində İslamabadda (Pakistan) keçirilmiş 48-ci sessiyasında qəbul etdiyi qətnaməyə istinad edərək, qarşılıqlı tanınma və suverenliyə, ərazi bütövlüyünə və bir-birinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına çağırır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO