Həkimdən HİDDƏT – “4-cü dalğa oyunlarını yığışdırın”

Həkimdən HİDDƏT – “4-cü dalğa oyunlarını yığışdırın”

Hazırda oxunan: Həkimdən HİDDƏT – “4-cü dalğa oyunlarını yığışdırın”
26520
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Heç bir dördüncü dalğa olmayacaq! Dalğa oyunları ilə insanları stresə salmayın!”.

Bizim.Media xəbər verir ki, koronavirusa yoluxmuş xəstələrin müalicəsində birbaşa iştirak etmiş həkim-radioloq Aydın Əliyev “Facebook” hesabında bu barədə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirusun yaranma səbəbi aydınlaşdı – UHANDAN YENİ XƏBƏR GƏLDİ


O, qeyd edib ki, Azərbaycanda cəmi 1 epidemik alovlanma olub:

“Azərbaycanda karantin sərtləşdiriləndə yoluxma azalıb, yumşaldılanda artıb. Bu dalğa deyil...Dalğa odur ki, eyni karantin şərtlərində yoluxma artıb azalsın”.

Həkim dördüncü dalğa proqnozu verənlərə çağırış edib:

“Bu proqnozu verəndə bir qədər düşünün. Pandemiya bitər-bitməz əksər insanlarda psixi-nevroloji problemlər ciddi şəkildə artmaqdadır. Yenidən insanları stresə salmaq olmaz! Bu ciddi fəsadlar yarada bilər!  Yığışdırın bu dalğa oyunlarını! Nə olacaqsa olacaq. Situasiyaya uyğun davranılmalıdır! Yoxsa, su gəlməmiş çırmanırıq yenə?”

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO